Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2022

İki fərqli Ərdoğan

Camal Qaşıqçını öldürdüyünə və Türkiyə torağında cinayət törətdiyinə görə, Məhəmməd bin Salmanı məsuliyyətə cəlb etməli və səltənət taxtından endirməli idi. Amma, özü elə bir faciə, fəlakət və müsibətə düçar oldu ki, əllərini bu cür "Mişar Məhəmməd"in çiynlərinə qoyub və iki müqəddəs hərəmin gələcək xadiminin ürəyinə yol tapmağa çalışır ki, bəlkə Ərəbistan bazarının qapılarını türk mallarının üzünə açsın... Bəli, cəmi bir neçə ay öncəyə qədər "onların icazəsi olmadan regionda bir daş da yerini dəyişə bilməz" iddiasında olanların hekayəsi bura çatıb ki, dünənki düşməninin boynunu qucaqlayıb və düçar olduğu iqtisadi böhran və əlacsızlıqdan xilas olmaq üçün, özünü Ali-Səudun tövləsinə atır!!

Ötən on il ərzində Rəcəb Təyyib Ərdoğanın dəm vurduğu və haqqında şirin yuxular gördüyü bütün məsələlərin hamısı tüstüyə çevrilərək havaya uçub; bununla yanaşı, onu tanıyan şəxslərin hamısı bilirlər ki, onun sözləri və vədlərinin heç bir etibarı yoxdur və ona elə də meydan verməyə hazır olmaları reallığa uzaq görünür. Onun Riyaza gəlməsinə icazə verən Bin Salmanın da istəyi yalnız budur ki, ixvançılara (qətərlilərə) desin: "Sizin böyüyünüz budur, əlimizi öpmək üçün qaça-qaça bizim yanımıza gəlib. Sizin qalanınız da bir şey deyilsiniz."


1774 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP