Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2022

Dünya çempionatında daha bir jurnalist öldü

Fotoqraf Xalid əl-Misslam Qətərdə keçirilən dünya çempionatını işıqlandırarkən dünyasını dəyişən ikinci jurnalist olub.

Fotomüxbirin ölümü barədə Qətərin “Gulf Tayms” qəzeti məlumat yayıb.

Qətərli Xalid əl-Misslam Al Kass TV-nin fotomüxbiri olub. Ölümün səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, dekabrın 9-da Lusaildəki Milli Stadionda Argentina və Niderland milli komandaları arasında keçirilən dünya çempionatının 1/4 final matçında “CBS Sports” şəbəkəsində işləyən amerikalı idman jurnalisti Qrant Uol vəfat edib. Jurnalistin qardaşı sosial şəbəkədə bildirib ki, Qrant mətbuat lojasında huşunu itirib, tibb işçiləri ürək-ağciyər reanimasiyası aparıblar, amma bu onun həyatını xilas etməyib. Futbol icmalçısı dekabrın 10-da səhər saatlarında yerli xəstəxanada dünyasını dəyişib.


3818 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.24, 09:34
Bakıda ata və oğul...
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP