Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2023

National: İran və Misir münasibətləri normallaşdırmağa çalışır

Misir və İraq rəsmiləri "National"-a bildiriblər: “Mart ayından bu yana Misir və İran İraqın paytaxtı Bağdadda bu iki regional güc arasında münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar aparır.”

Xəbər saytının Misir rəsmilərinə istinadən verdiyi məlumata görə, danışıqların sonuncu raundu həftə sonu başlayıb. Rəsmilərin bildirdiyinə görə, bu danışıqlarda Yəmən, Livan və Suriya kimi İranın əhəmiyyətli təsirə malik olduğu yerlərdə gərginliyin azaldılmasından da bəhs edilir.

Xəbər saytının sözügedən mənbələrə istinadən verdiyi məlumata görə, tərəflər Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə İran prezidenti Seyid İbrahim Rəisi arasında görüş imkanını da nəzərdən keçirirlər.
İraqlı diplomatın “National” qəzetinə verdiyi məlumata əsasən, mart və aprel aylarında Bağdadda Misir və İran rəsmiləri arasında aşağı səviyyəli danışıqların iki raundu keçirilib. O əlavə edib: “Hər iki tərəf İraqın vasitəçilik səylərini alqışlayıb.”

Saytın yazdığına görə, gizli danışıqlar xəbəri İranın Misirlə münasibətləri yaxşılaşdırmaq istəyini ifadə etməsindən iki ay sonra dərc edilib.

“Əl-Ərəbiyyul-cədid” də bir neçə Misir mənbəsinə istinadən yazıb ki, martın son həftəsində İran və Misir təhlükəsizlik rəsmiləri gələcəkdə münasibətlərin mərhələli şəkildə inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

İraqlı mənbələr bildiriblər ki, bu görüşdə Məhəmməd əl-Sudaninin nümayəndəsi, xarici işlər naziri Fuad Hüseyn və İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-İrəci də bu görüşdə iştirak edib.

İraqın “Əl-Zaman” qəzetinə açıqlama verən iraqlı diplomatlardan biri deyib ki, Misir İranla rəsmi əlaqələrin qurulmasını alqışlayır, lakin regionun təhlükəsizliyi ilə bağlı İrandan əməli addımlar gözləyir.


2569 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.09.24, 09:00
Kiyev dronlarla vurulur
Go to TOP