Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2023

Sionist rejim “nazir”ini Fransada pərt etdilər

Fransa hökuməti qaniçən sionist rejimin iqtisadiyyat nazirini qonaq etmək və qarşılamaq istəmədiklərini açıqlayıb.
Sionist rejimin 13-cü kanalının xəbərinə görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iclasında iştirak etmək üçün 2 günlük Parisə gedən işğalçı rejimin iqtisadiyyat naziri Bezalel Smotriç Fransa hökumət rəsmilərinin soyuq reaksiyası ilə üzləşib.
Qeyd edək ki, onun Parisdə dünən (çərşənbə axşamı) başlayan iştirakı 2 gün davam etməlidir.
Fransa hakimiyyətinin bildirdiyinə görə, bu ölkənin hökumət rəsmilərinin sionist rejimin iqtisadiyyat naziri və ya ona bağlı olan şəxslərlə siyasi görüş keçirmək niyyəti yoxdur.
Təxminən 2 ay əvvəl Smotriç (işğalçı rejimin iqtisadiyyat naziri) Fransanın paytaxtında olarkən həyasızcasına iddia etmişdi ki, “Fələstin adlı bir xalq yoxdur”.
Bu mövqe dərhal Fransadakı Fələstin tərəfdarlarının və bu ölkənin ictimai rəyinin geniş reaksiyası ilə müşayiət olundu.
Bundan əlavə, Bezalel Smotrich Fələstin xalqına qarşı mübahisəli mövqelərinə və bu xalqın hüquqlarını tanımadığına görə Avropa Birliyi tərəfindən sanksiyaya məruz qalıb.


1496 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP