Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2023

Biləsuvarda qardaş qardaşını öldürdü

Biləsuvarda qardaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb.

Belə ki, iyunun 17-si, saat 02:00 radələrində 1984-cü il təvəllüdlü Amil Şirqasımovun kəsilmiş-deşilmiş xəsarətlərdən Biləsuvar rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


2702 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP