Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2024

Sionist rejim generalından şok etiraf: Ordunun Hizbullahı sərhəddən uzaqlaşdırmaq gücü yoxdur

Sionist rejim generalı İshak Brik işğalçı ordunun "müharibə uzun müddət davam etsə belə, HƏMAS-ı devirmək gücünə malik olmadığını" təkrarlayıb.

General qeyd edib ki, Qəzzədə müharibənin davam etdirilməsinin mənası yoxdur və İsrail ciddi itkilər verəcək. Bu müharibənin davam etməsi “ehtiyat ordunun və iqtisadiyyatın dağılmasına” səbəb ola bilər. Müharibədən sonrakı dövrlə bağlı qərarın verilməməsi ordu sıralarında daha çox ölümə səbəb olacaq.

Sionist rejim ordusunun ehtiyatda olan generalı rejimin işğalçı ordusunun Rəfaha girməsi ilə bağlı təhlilində bildirib:“Rəfaha girmək HƏMAS-ı devirmək qabiliyyətimizin tabutuna vurulan son mismar olacaq.”
İşğal olunmuş Fələstinin şimal cəbhəsi və Livan Hizbullahı ilə döyüşə gəlincə, o, həmçinin etiraf edib ki, rejim ordusu Livan Hizbullahını Litani çayının arxasına qədər uzaqlaşdırmağa qadir deyil.

İshak Brik vurğulayıb ki, döyüşə rəhbərlik edənlər İsraili görünməmiş bir fəlakətə aparır. Halbuki, mövcud böhrandan və çətin vəziyyətdən xilas olmaq üçün müharibəni dayandırmaqdan başqa çıxış yolu yoxdur.


1105 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP