Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2024

HƏMAS: Heç bir danışıqlarda iştirak etməyəcəyik

HƏMAS bu gün (bazar ertəsi) sionist rejimin dünən gecə Rəfəhdəki qaçqın düşərgəsinə hücumundan sonra bu hərəkatın heç bir danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.

Bu barədə Rusiyanın “Sputnik Ərəb” xəbər agentliyi məlumat yayaraq bildirib: “HƏMAS hərəkatı İsrail rejiminin Rəfah şəhərindəki qaçqın düşərgəsinə hücumu və çoxlu sayda fələstinli qaçqının şəhid olmasından sonra heç bir danışıqlarda iştirak etməyəcəyini açıqladı.”

Sionist rejim ordusu ötən gecə (bazar günü gecə) Qəzzə zolağının cənubunda yerləşən Rəfah şəhərindəki qaçqın düşərgəsinə hücum edərək, aralarında qadın və uşaqlar da daxil olmaqla, ən azı 41 fələstinlini öldürüb, onlarla insanı yaralayıb.

Həmas və İslami Cihad hərəkatları da ayrı-ayrı bəyanatlarla sionist rejim ordusunun Rəfah şəhərinin şimal-qərbində törətdiyi qətliama reaksiya veriblər və bu cinayəti Beynəlxalq Ədalət Məhkəməsinin bu şəhərə hücumların dayandırılmasının zəruriliyi ilə bağlı son qərarına açıq-aşkar etinasızlıq və təhqir kimi qiymətləndiriblər.


996 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.24, 11:21
Türk ordusu itki verdi
Go to TOP