Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2024

Medvedev xəbərdarlıq etdi: Rusiya nüvə silahından istifadə edəcək

“Rusiya nüvə silahından istifadə edə bilər və bu, istisna deyil”.

Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

“Uzaqmənzilli silahlarının Rusiya ərazisində istifadəsini təsdiqləyən Qərb ölkələri anlamalıdır ki, onların bizə qarşı döyüşən bütün hərbi texnikası və canlı qüvvəsi məhv ediləcək. Ukrayna artıq birbaşa NATO ölkələrinin hərbi qulluqçuları tərəfindən idarə olunur. Bu, hərbi yardım deyil, Rusiyaya qarşı müharibədə iştirakdır. Bunlar təhlükəli, zərərli və yanlış təsəvvürlərdir. NATO ölkələrinin Rusiyaya qarşı bu cür fərdi yardımı münaqişənin genişlənməsinə səbəb olur”.

Medvedevin sözlərinə görə, taktiki nüvə silahlarının istifadəsi ilə bağlı Qərbin hesablamaları səhv ola bilər. Çünki Moskva bu silahlardan istifadəni istisna etmir.

“Rusiya prezidentinin haqlı olaraq qeyd etdiyi kimi, Avropa ölkələrində əhalinin sıxlığı çox yüksəkdir. Torpaqları taktiki nüvə silahlarının əhatə dairəsindən uzaq olan düşmən ölkələr üçün strateji potensial var. Və bu, qorxutmaq üçün deyilən söz və ya nüvə blefi deyil. Hazırda Qərblə hərbi münaqişə ən pis ssenari üzrə inkişaf edir. Tətbiq olunan NATO silahlarının gücündə daimi bir eskalasiya var. Ona görə də heç kim münaqişənin son mərhələyə keçməsini istisna edə bilməz”, – Medvedev vurğulayıb.


922 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.24, 11:21
Türk ordusu itki verdi
Go to TOP