Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2024

Kolumbiya sionist rejimə kömür ixracını dayandırır

Kolumbiya məzlum Fələstin xalqına dəstəyini davam etdirərək, sionist rejimə qarşı yeni addım atıb.
Kolumbiya Ticarət Nazirliyinin yaydığı bəyanatda sionist rejimə kömür ixracının bundan sonra dayandırılacağı bildirilir.

Bəyanatda bu qərarın tezliklə Kolumbiya prezidenti tərəfindən imzalanacağı qeyd olunub.
Kolumbiya daha əvvəl Fələstin xalqına dəstəyi davam etdirmək üçün sionist rejimə qarşı yeni bir addım atmaq niyyətində olduğunu açıqlamışdı.

Ötən həftələrdə bəzi Avropa ölkələrinin, o cümlədən İrlandiya, Norveç və İspaniyanın Fələstin dövlətinin tanınması istiqamətində sionist rejimə qarşı hərəkətləri ilə yanaşı, Kolumbiya hökuməti bu ölkənin İordan çayının qərb sahilindəki səfirliyinin yenidən açılmasını elan edib.

Bununla əlaqədar, müstəqil Fələstin dövlətinə beynəlxalq dəstəyin və sionist rejimin qlobal təcrid olunmasının davamı olaraq, Kolumbiyanın Xarici İşlər Nazirliyi yaydığı bəyanatında Fələstin Milli Hökuməti ilə Kolumbiya arasında ikitərəfli əlaqələri artırmaq üçün ölkənin Ramallah şəhərində səfirliyini açmaq niyyətində olduğunu vurğulayıb.

Kolumbiya 9 avqust 2018-ci ildə müstəqil Fələstin dövlətini rəsmən tanıyıb.


825 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.24, 11:21
Türk ordusu itki verdi
Go to TOP