Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2025

Gürcüstana işləməyə gedən azərbaycanlı hoteldə öldü

Ötən gün səhər saatlarında Gürcüstanın Bolnisi şəhərində yerləşən "Bolnisi" hotelində Azərbaycan vətəndaşı dünyasını dəyişib.

Regionpress.ge xəbər verir ki, şəxsin vəziyyəti gecə saatlarında pisləşib.

Səhər saatlarında təcili tibbi yardım hadisə yerinə gəlib və onun həyatını xilas etmək üçün bütün zəruri tədbirləri həyata keçirib. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Onun Gürcüstanda sənədsiz əmək fəaliyyəti göstərdiyi bildirilib. Hadisənin səbəbi hələlik məlum deyil. Dünyasını dəyişən şəxsin bədənində hər hansı zorakılıq əlamətləri qeydə alınmayıb.

Qeyd olunur ki, mərhumun bir azyaşlı övladı var.


1055 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.03.25, 13:46
Sərt şillə vurulacaq...
22.03.25, 10:44
Putinin reytinqi şok etdi
15.03.25, 14:45
Allaha doğru düz yol
Go to TOP