21 Oktyabr 2013
Həkimlər daha bir qətl törətdi

“Noyabrın 25-də axşamtərəfi saat 4-5 radələrində nəvəmin halı pisləşdi. Hərarəti qalxdı, qusma başladı. Apardıq rayondakı Dəmiryol Xəstəxanasına. Bazar günü olduğuna görə həkim tapmadıq. Həkim-pediatr Hamil Ağayevə zəng etdik, dedi, evdəyəm, gətirin gəlin. Apardıq, baxdı, dedi heç nə yoxdur, bir az soyuqlayıb. Sistem və antibiotiklər yazdı, göndərdi bizi Dəmiryol xəstəxanasına, tibb bacısı Nadya Əsgərovanın yanına. Tibb bacısını orda tapmadıq, öyrəndik ki, Mərkəzi rayon Xəstəxanasının uşaq şöbəsində də işləyir. Getdik ora, antibiotikləri uşağa “prob” qoymadan vurdu, sistemi köçürəndə isə öz işini yüngül etmək üçün tez-tez dərmanı sistemdən şprislə çəkib uşağın venasına vururdu. Uşağın bağırsağının yuyulmasını tələb etdik, dedi ehtiyac yoxdur”.
Füzuli Mustafayevin deməsinə görə, saat 20 radələrində tibb bacısı onlara məsləhət görüb ki, xəstə Məryəmi evə götürsünlər. Belə də ediblər. Amma...
“3-4 saatdan sonra Məryəm yuxudan ayılanda vəziyyəti lap ağırlaşmışdı. Ağzından qan gəlirdi. Dəmiryol Xəstəxanasının Ehtiram adlı uşaq həkiminin evinə apardıq. Qapını döysək də açan olmadı. Ordan Hamil həkimin evinə gəldik, qapısını döydük, dedilər ki, həkim evdə yoxdur. Uşaq qucağımızda, qalmışdıq İmişlinin küçələrində. Məcbur qalıb gecə saat 3-ə qalmış rayondan çıxdıq, uşağı Bakıya “Semaşko”ya gətirmək istəyirdik. “20 yanvar” dairəsində qucağımızda keçindi”.
Baş prokurorluğa yazılan şikayət ərizəsi araşdırılması üçün İmişli rayon prokurorluğuna göndərilib. Bir müddət sonra rayon prokurorunun köməkçisi Fazil Həsənov ailəyə məktub yollayıb ki, 4 yaşlı Məryəm Mustafazadənin ölüm faktı üzrə prokurorluqda araşdırma aparılıb. Şikayət ərizəsində göstərilənlər təsdiqini tapmayıb.
HƏKİMLƏR VALİDEYNLƏRİ GÜNAHLANDIRIR
Həkimlər isə 4 yaşlı Məryəmin valideynlərin səhlənkarlığı üzündən öldüyünü bildiriblər.
Məsələn İmişli rayon dəmiryol xəstəxanasının həkim-pediatrı Hamil Ağayev bildirib ki, balaca Məryəmi onun evinə gətirən valideynlər uşaqda iki gün əvvəldən qusma, yuxusuzluq, halsızlıq olduğunu deyiblər. O özü isə uşaqda belə əlamətlər görməyib. Gördüyü əlamətlərə uyğun müalicə yazıb və onları tibb bacısı Nadya Əsgərovanın yanına göndərib. Sabahı gün eşidib ki, uşaq Bakıda keçinib. Həkim bildirib ki, uşağın ölümünə səbəb bağırsaq keçilməzliyi olub, çünki xəstənin yaxınları vaxtında müraciət etməyib.
Ölüm aktında göstərilir ki, 4 yaşlı Məryəm Mustafazadənin ölümünə səbəb mədə-bağırsaq qanaxması olub.
Məryəm Mustafazadənin xəstəliyi ilə əlaqədar rayon xəstəxanalarının heç birində xəstəlik tarixçəsi açılmayıb. Həkimlər bunu bazar gününə təsadüf etməsi ilə əlaqələndiriblər.
İmişli prokurorluğu həkim-pediatr Hamil Ağayev və tibb bacısı Nadya Əsgərova ilə bağlı xidməti yoxlama aparılması üçün Səhiyyə Nazirliyinə sorğu göndərib. Nazirlikdən gələn cavab məktubunda göstərilib ki, xəstə patoloji ekspertizadan keçirilmədiyinə görə onun ölüm səbəbi dəqiq bilinmir. Buna görə də prokurorluq uşağın ölümündə həkimlərin nə dərəcədə təqsirli olub-olmadıqlarını üzə çıxara bilməyib.
Xəstəni ev şəraitində müayinə etdiyinə görə isə Hamil Ağayevlə bağlı İmişli rayon Xəstəxanasına təqdimat verilib.
HÜQUQŞÜNAS DEYİR Kİ...
Hüquqşünas Vidadi Səfərov deyir ki, rayon prokurorluğu çıxartdığı qərarla az qala zərərçəkmişlərin özlərini təqsirli çıxarıb:
“Prokurorluq araşdırmalıydı ki, bazar günü xəstəxanada niyə növbətçi həkimlər olmayıb. Babanın dediklərindən məlum olur ki, xəstə uşaq qucaqlarında, yarım sutka həkimlərin evləri ilə xəstəxana arasında qalıblar. Halbuki, xəstəxanalarda bazar günləri növbətçi həkimlər olmalıydı. Xəstə ətraflı müayinə olunmalıydı. Başqa bir tərəfdən ölüm aktında uşağın ölümünün səbəbi göstərilir, ancaq prokurorluq cavab yazır ki, ölümün səbəbləri məlum deyil”.
Hüquqşünas İmişli rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı çıxartdığı qərardan məhkəməyə, ya da Baş Prokurorluğa müraciət olunmasını məsləhət görür.
09.07.25, 11:23
Sionistlərin yeni biabırçılığı: İsrail hava hücumundan müdafiə qüvvələrinin əsgərləri öz gənc yoldaşlarına cinsi təcavüz ediblər 09.07.25, 10:07
İsrail ordusunun generalından ifşa: Xalqı aldatmayın; Netanyahu bizi hərbi və iqtisadi dağılmaya aparır! 09.07.25, 09:46
ABŞ-də yaşayış binalarını güclü sel apardı 09.07.25, 09:32
Tramp yenə öz sevimli yelləncəyində yellənir - Medvedyev 09.07.25, 09:20
Ayətullah Xamenei: Amerikaya ölüm dedikdə... 09.07.25, 08:57
Moskvada növbəti “miqrant ovu” 08.07.25, 12:21
Ruslar bu vilayəti tam ələ keçirməyə yaxındır - NYT 08.07.25, 09:58
İlon Mask Trampı və onun hökumətini “təlxək” adlandırdı 08.07.25, 09:31
İran istəsə, onları məhv edə bilər, amma... - Roberts 08.07.25, 08:53
Rusiyalı milyarder Türkiyəyə qaçarkən hava limanında saxlanılıb - Təyyarəsi müsadirə edildi 07.07.25, 14:06
Braziliya Prezidenti: NATO silahlanma yarışını qızışdırır 07.07.25, 09:58
Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki: İsrail ABŞ-sız davam gətirə bilməzdi! 07.07.25, 09:49
Hörmüz boğazı qlobal təsirlərə malikdir 07.07.25, 09:10
Yəmən ABŞ-ın aviadaşıyıcı dövrünə son qoyur 07.07.25, 09:03
Yəmən ordusunun vurduğu gəmi batır 07.07.25, 08:51
Əraqçi: ABŞ hökuməti İsrail rejiminin İrana qarşı təcavüzkar müharibəsində tam şəkildə şərikdir 07.07.25, 08:50
Yəmən lideri: Sionistlər və onların amerikalı havadarları vəhşi itdən daha pisdirlər. 07.07.25, 08:48
Şeyx Nəim Qasim: Müqavimət Livan xalqının aydın yoludur 07.07.25, 08:43
Türkiyə ordusunun 12 əsgəri öldü 07.07.25, 08:39
İsrail mediası: Netanyahunun hakimiyyətdə qalması İsrailə aylıq 1.2 milyard zərər vurur 06.07.25, 15:20
XANIM ZEYNƏB (S.Ə.) – İFFƏT VƏ MÜQAVİMƏT NÜMUNƏSİ 06.07.25, 14:34
Aşura məktəbinin insana öyrətdiyi 5 dərs 06.07.25, 08:07
AŞURA ZİYARƏTİNDƏN BİR PARÇA - VİDEO 05.07.25, 14:00
Teleqraf: İran İsrailin 5 hərbi bazasını vurdu, amma... 05.07.25, 12:38
Hüseyn (ə) əzadarlarının “Yəvmul Əbbas” mərasimi 05.07.25, 11:13
İşğalçı İsrailin 12 günlük müharibədə 40 milyard dollarlıq xərci 05.07.25, 11:03
İngilis diplomat: İsrailin İranda həyata keçirdiyi peşəkar əməliyyat tam uğursuzluqla nəticələndi 05.07.25, 10:55
İran İslam ümmətinin izzətini geri qaytardı 05.07.25, 10:49
"Müharibə İranın nüvə problemini həll etməyəcək" - Çin XİN-i 05.07.25, 10:47
BMT-nin eksperti İsrailə qarşı tam silah və ticarət sanksiyalarının tətbiq olunmasını tələb etdi 05.07.25, 09:00
Tasua günü niyə Həzrət Abbas (ə) xüsusilə xatırlanır? 05.07.25, 07:56
“TASUA” GÜNÜ 03.07.25, 10:42
Aşura hadisəsində İmam Hüseynin (ə) Quran dəlilləri 03.07.25, 09:49
Qardian: ABŞ İrana bir yalan əsasında hücum etdi 03.07.25, 09:47
Amerikayala müharibə sionistlərlə müharibədən xeyli asandır 03.07.25, 09:38
65 yaşlı kişini evindəcə bıçaqladılar 03.07.25, 09:33
Alimlərdən şok: Dünya tarixinin ən qısa günü olacaq! 03.07.25, 09:28
Qəzzada siçan ovları davam edir 03.07.25, 09:11
İsveçin paytaxtı üzərində alovlu kürə uçub 03.07.25, 07:31
Məhərrəm ongünlüyündə İmam Hüseynlə (ə) həmdərd olmaq 03.07.25, 07:22
"Kərbəla zalımların sarayını öz qanı ilə yıxıb yox etdi..." 02.07.25, 09:45
Sionist rejimin cinayətlərinə cavab olaraq Yəmən raket qüvvələrinin uğurlu əməliyyatı 02.07.25, 09:28
Rusiya Zaxareviçi öldürdü - Zelenski təsdiqlədi 02.07.25, 09:16
Qardian: İran yalan əsasında hücuma məruz qaldı 01.07.25, 13:13
Amerikalı məşhur aktyor: İran nüvə silahı hazırlamalıdır 01.07.25, 11:47
Günün karikaturası 01.07.25, 11:09
Hakerlər Trampı hədələdilər 01.07.25, 10:30
Sionist Liberman: İranla növbəti qarşıdurma daha çətin olacaq 01.07.25, 09:08
İsrail qəzeti: Yalan danışmayın, biz qalib gəlmədik 01.07.25, 08:57
Məşhur hindistanlı siyasətçi Ayətullah Xameneiyə müraciətlə: Biz sənin dövründə doğulduğumuz üçün xoşbəxtik 01.07.25, 08:53
Əraqçi: Uranı zənginləşdirmədən əl çəkməyəcəyik 01.07.25, 08:49
Maariv qəzeti: Təl-Əviv sakinləri İranın hücumları dayandıqdan sonra da qorxu içində yaşayırlar 01.07.25, 08:37
İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb 30.06.25, 10:22
Skott Ritter: Qrossi İranlı alimlərə qarşı cinayətlərdə şərikdir 30.06.25, 10:17
Vaşinqtonda bir avtomobilin müəmmalı partlayışı 30.06.25, 10:07
Əli Laricani: Tramp öz xəyalları... 30.06.25, 10:05
İşğalçı İsrail mediası: İsrail İranla müharibədə pilotsuz təyyarələrdən yüz milyonlarla dollar zərər gördü 30.06.25, 09:58
Rusiya ordusu Zelenskinin bunkerini məhv etdi 30.06.25, 09:55
Uranı zənginləşdirməyə davam edəcəyik - İrəvani 29.06.25, 09:24
Ruslar bu istiqamətdə 200 metr irəlilədi 28.06.25, 13:27
Trampın sabiq müşaviri: İsrailin İranla müharibəni davam etdirməyə nə gücü, nə də taqəti qalmışdı. 28.06.25, 13:25
İran İsrail və ABŞ-nin Ali Rəhbərə qarşı həyasız bəyanatları ilə bağlı BMT-yə məktub göndərib 28.06.25, 13:23
İran xalqı böyük izdihamla şəhidlərini yola salır - Fotolar 28.06.25, 13:17
Rusiya və İran arasında hava əlaqəsi bərpa edilib 26.06.25, 13:43
Neftçala deputatlığını illərdi özəlləşdirən Rüstəmxanlı Ayətullah Xameneiyə deyir... 26.06.25, 11:15
Tehranda “Bəşarət əl-Fəth” toplantısı keçirildi 26.06.25, 11:09
İsrailə qarşı hərbi çağırış - 82 min döyüşçü səfərbər oldu 26.06.25, 10:41
Rusiya ilə savaş olsa, 1 həftəyə darmadağın olacağıq