Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

“Avropa Birliyi dördayaqlı heyvandan da betərdir”

Məhəmmədrza Nəqdi: “Avropa Birliyi dördayaqlı heyvandan da betərdir”
İran İnqilab Keşikçiləri Korpusu (“Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının (könüllülər dəstəsi) rəhbəri Məhəmmədrza Nəqdi jurnalistlərə açıqlamasında Avropa Birliyinə qarşı sərt bəyanatlar səsləndirib.

Avropa Birliyinin xarici əlaqələr komitəsi aprelin 1-də qurumun İran strategiyası haqda qətnamə qəbul edib. Qətnamədə Avropa Birliyinin cari ilin sonuna qədər İranda nümayəndəlik açacağı bildirilir, siyasi məhbusların, hüquq müdafiəçilərinin və 2009-cu ildəki prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlarda tutulanların azadlığa buraxılması istənir.

Məhəmmədrza Nəqdi Avropa Birliyi komitəsinin qətnaməsinə sərt münasibət bildirib: “Avropa Birliyi dördayaqlı heyvandan da betərdir. Avropa Birliyində homoseksuallar heyvan kimi bir-biri ilə cütləşirlər. Orada narkotik maddələrin istehsalı və istifadəsi də qat-qat artıb. Onlar narkotik maddələrini ucuz qiymətə cavanlara satır, sonra da qətnamə qəbul edib bizə deyirlər ki, narkotik qaçaqmalçılarını edam etməyə haqqınız yoxdur. Yaxud da deyirlər ki, homoseksualları azadlığa buraxın. İndi də gəlib İranda qurumun nümayəndəliyini açmaq istəyirlər. Mən isə onlara deyirəm ki, siz qələt edib İranda nümayəndəlik açmaq istəyirsiniz”./mediaforum/


5555 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
03.03.25, 08:55
Qusarda odunu 600 manata...
Go to TOP