Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2013

Qəzzafinin oğlu Seyf əl-İslama qarşı ittiham irəli sürülüb

Tripoli məhkəməsi Liviyanın sabiq lideri Müəmmar Qəzzafi hökumətinin 20 yüksək rütbəli məmuruna, həmçinin polkovnikin oğluna qarşı ittiham irəli sürülüb.

İttihamlar əsasən 2011-ci ildə Qəzzafiyə qarşı oyanış hərəkatında qətlə yetirilən fəallarla əlaqədardır.

Mühakimə olunanlar arasında Liviyanın kəşfiyyat idarəsinin sabiq rəisi Abdulla Senussi də var. Oktyabrın əvvəllərində Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Senussinin Liviyada ədalətlə mühakimə olunacağını düşünərək məhkəməsinin öz vətənində keçirilməsinə qərar vermişdi.

Bununla belə, BCM Seyf əl-İslamın məhkəməsinin Haaqada keçirilməsinə çalışır. Bundan əvvəl Liviya bu təklifə rədd cavabı vermişdi./Faktxəbər


4132 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP