Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2013

Azərbaycan Ordusu 71 hərbçisini itirib

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Təhlükəsizlik və Müdafiə sektorunun ümumi itkilərinin cari ilin yanvar-oktyabr (1 oktyabradək) ayına olan statistikasını açıqlayıb.
esker olumlerine son
Statistikaya əsasən 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 71 nəfər təşkil edib. Bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 74 nəfər yaralanıb və ya xəsarət alıb.

C.Sümərinli həmçinin bildirib ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 9-u döyüş (9 nəfər erməni
gülləsi), 62-i isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

9 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 12 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 3 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 2 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 10 nəfər xəstəlikdən dünyasını dəyişib. 15 nəfər intihar edib. Dünyasını dəyişənlərin 55-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 8-i Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (74 nəfər) C.Sümərinli bildirdi ki, onların 13-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 5-i intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 8-i erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 40-ı isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 51 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 18 nəfər Daxili Qoşunların hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.


7276 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP