Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2025

The New York Times: ABŞ-ın Qəzzə üçün yeni planı Netanyahu-nun bütün gerçəkləşməmiş arzularını əhatə edir

New York Times qəzeti Trampın təklif etdiyi planı “Netanyahu üçün nadir bir qələbə” kimi qiymətləndirib və yazır:
Tramp planında Netanyahunun bütün arzuları yer alıb. Tezliklə girovların azad edilməsi, HƏMAS-ın silahsızlandırılması və təslim olması; bütün bunlar İsrail ordusunun Qəzzədə qalmasına davam edəcəyi şəraitdə. Bundan əlavə, planın Fələstin dövləti yaradılması ilə bağlı hissəsi o qədər azdır ki, demək olar ki, bu, gerçəkləşməyəcək bir yuxuya çevrilir.

Bu planda yer alan şərtlər Misir və Səudiyyə Ərəbistanı kimi bəzi dövlətlərin təsəvvüründən fərqlidir. Onlar əvvəllər ABŞ planına yalnız İsrail ordusunun Qəzzədən tam çıxması və Fələstin dövləti yaradılmasına dair öhdəlik şərti ilə qoşulacaqlarını bildirmişdilər. Lakin Tramp və Netanyahu tərəfindən hazırlanmış plan bu şərtlərin heç birini ehtiva etmir.


129 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.09.25, 09:37
Rusiya NATO-nu təhdid etdi
Go to TOP