Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2025

Cozef Aun: Hizbullahı güc ilə silahsızlandırmaq mümkün deyil

Beyrutdakı məlumatlı mənbələr, Vaşinqtonun Livan hökumətinə xəbərdarlıq mesajı göndərdiyini bildirib. ABŞ nümayəndəsi Tom Barakın bildirdiyinə görə, Beyrut Hizbullahın silahlarına qarşı son qərarını verməlidir.

"Əl-Əxbar" qəzetinə görə, Livan Prezidenti qərb ölkələrinin Hizbullahın silahlarının təhvil verilməsini tələb etmələrinə cavab olaraq bildirib ki, belə bir tədbir "mümkün deyil" və ordu bu missiyanı həyata keçirmək gücündə deyil.

Aun, Hizbullahın silahlarını güc ilə təhvil vermək cəhdlərinin daxili müharibənin başlanğıcı olacağını xəbərdar edib.

Livan Prezidenti həmçinin xarici vasitəçilərə deyib ki, "Hizbullahın silahını müdafiə etməyə hazır olması sadəcə siyasi və ya taktiki bir manevr deyil, tamamilə gerçəkdir" və heç bir Livan rəsmisi ölkəni daxili müharibəyə sürükləyəcək bir qərar verə bilməz.


165 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.10.25, 09:35
Salam İmam Zamanım
20.10.25, 11:45
Azadlıq nə deməkdir?
20.10.25, 10:17
Tramp: Obama casus idi
Go to TOP