Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2025

Livan parlamentinin sədri Hizbullahın müxaliflərini sərt tənqid etdi

Livan parlamentinin sədri Nəbih Berri keçən gün bildirib ki, sionist rejimi atəşkəs razılaşmasının heç bir bəndinə əməl etməyib, halbuki Hizbullah bu razılaşmaya tam riayət edib.

Berri bu barədə deyib: "Hansı zaman, harada və necə İsrail atəşkəs razılaşmasının bir bəndinə riayət edib? Mən Livanda bəzilərinin Hizbullah adını belə çəkməkdən imtina etmələrini təəccüblə qarşılayıram. Varmı bir ölkə, tarixinin ən gözəl səhifələrini inkar etsin?"

O, İsrailin Livanın cənubunu işğal etməklə, Livan ordusunun yerləşməsinin qarşısını aldığını bildirərək, əlavə edib: "Hazırda Livan ordusu, Litani çayının cənubunda 9 min nəfərlik qüvvə ilə yerləşib və beynəlxalq sərhədlərə qədər irəliləyə bilər."


334 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP