Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2025

İran, Çin və Rusiya səfirləri Qrossi ilə görüşüb

Vyanada İran, Çin və Rusiyanın səfirləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ilə görüşərək Agentliyin Qubernatorlar Şurasının növbəti iclasının gündəliyi barədə fikir mübadiləsi aparıblar.

Həmin üç ölkənin səfirləri ötən həftə də İranın nüvə məsələsinə dair ənənəvi üçtərəfli məsləhətləşmələrin növbəti raundunu keçirərək, Şura iclası ərəfəsində öz mövqelərini uzlaşdırıblar.

Rəsmi açıqlamaya əsasən, Qubernatolar Şurasının növbəti iclası noyabrın 18-dən 20-dək Vyanadakı Beynəlxalq Mərkəzdə keçiriləcək. Bu dəfə, əvvəlki dövrlərdən fərqli olaraq, İran məsələsi BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi üzrə Agentliyin mandatının başa çatması ilə əlaqədar yalnız hərtərəfli təminat sazişi çərçivəsində müzakirə olunacaq.


176 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP