Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2025

Mertzdən Zelenskiyə: Ukraynalı gənclərin Almaniyaya qaçışının qarşısını al

Almaniya kansleri Mertz Ukrayna prezidenti Zelenski ilə telefon danışığı zamanı ondan xahiş edib ki, Ukraynalı gənclərin Almaniyaya axınının qarşısını alsın və onları ölkədə qalaraq vətənlərini müdafiə etməyə təşviq etsin.

Mertz hökuməti Almaniyada artan təzyiq altındadır və buna görə də Ukraynalı miqrantlarla bağlı sosial yardım xərclərini azaltmağı planlaşdırır.

Alman mətbuatının məlumatına görə, 18–22 yaş arası ukraynalı kişilərin Almaniyaya girişi yay aylarında həftədə 19 nəfər təşkil edirdisə, ötən ay bu göstərici ayda 1400–1800 nəfərə yüksəlib.


84 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP