Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2022

Fələstin müqavimətindən sionist rejiminə ciddi xəbərdarlıq

Sionistlərin qrup şəklində Məscidül-Əqsaya daxil olma çağırışından sonra müqavimət qrupları bu hərəkətlə bağlı sionist rejiminə sərt xəbərdarlıq ediblər.

Fələstin müqavimət qrupları, o cümlədən İslami Müqavimət (HƏMAS) və İslami Cihad hərəkatları bu gün günorta (çərşənbə günü) sərt bəyanatla çıxış ediblər.

HƏMAS-ın rəsmi xəbər agentliyində yer almış bəyanatda deyilir:

"İşğalçı sionist rejimi məqamlarının sionist qəsəbə mühacirlərinə sabah (cümə axşamı) müqəddəs Məscidül-Əqsa məscidinin həyətinə girməyə icazə vermələri odla oynamaqdır. Bu isə regionu gərginliyə sürükləyir ki, bunun üçün bütün məsuliyyəti işğalçı rejim özü daşıyacaq."

Bəyanatın davamında HƏMAS Fələstinin qəhrəman xalqını Fələstin kimliyi və müsəlmanların dini və ilk qibləsini müdafiə etmək üçün Məscidül-Əqsada toplaşmağa və Qüds şəhərində hazır ol vəziyyətində dayanmağa çağırıb.

İslami Cihad Hərəkatı da sionist mühacirlərin hər hansı hərəkəti ilə bağlı sərt xəbərdarlıq edərək vurğulayıb: "Məscidül-Əqsaya daxil olmaq çağırışını millətimizə və müqəddəslərimizə qarşı müharibə kimi qiymətləndiririk. Məscidül-Əqsanı və Qüdsmüzü müdafiə etmək üçün heç nəyi əsigəməyəcəyik."

İslami Cihad Hərəkatı Fələstin xalqını sabah Məscidül-Əqsaya getməyə və sionist mühacirlərin məscidə daxil olmasının qarşısını almağa çağırıb.

Xalq Müqavimət Komitələri də bəyanat yayaraq sionistlərin Məscidül-Əqsaya yürüşü ilə bağlı sərt xəbərdarlıq edib, bu hərəkəti müqəddəs məscidə hörmətsizlik, odla oynamaq və çox təhlükəli addım adlandırıb, cinayətkar sionist düşmənin bunun bahasını ödəməli olacağını vurğulayıb.

Fəth Hərəkatı da bildirib ki, Məscidül-Əqsada sionist rejimi bayrağının qaldırılması və onun həyətində mahnı oxumaq müsəlmanların hisslərini incidir. Hərəkat Təl-Əvivin Fələstində istənilən dini təhriklərə görə məsuliyyət daşıyacağını vurğulayıb.

Bu bəyanatlar sionist qrupların sionistləri sabah "müstəqillik günü" adlandırdıqları gün münasibətilə Məscidül-Əqsaya yürüş etməyə çağırmasından sonra verilib.

Qeyd edək ki, Türkiyə və BƏƏ kimi bir sıra müsəlman rejimlərinin başçıları İslam və məzlum müsəlmanların qanına xəyanət edərək qondarma İsrail rejiminin müstəqillik gününü təbrik ediblər, beləliklə sionistlərin müsəlmanlara qarşı hər hansı zülmünə yaşıl işıq yandırdıqlarını bildiriblər. Halbuki, həmin gün Fələstin torpaqlarının işğalının və milyonlarla müsəlman fələstinlinin öz ata-baba torpaqlarından qovulmasının, zülmə məruz qalmasının, kütləvi şəkildə qətliam edilməsinin başlandığı gündür. Məzlum fələstinlilər bu günü "Bədbəxtlik Günü" kimi qeyd edirlər.
2108 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP