Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2025

Həmasın sözçüsü: İsrail hücumlarında şəhid və yaralananların 95%-i mülki şəxslərdir

Həmasın liderlərindən Fuzi Barhum:

İsrail hücumlarında Qəzzada şəhid və yaralananların təxminən 95%-i müdafiəsiz mülki şəxslərdir.

80 fələstinli əsir İsrail həbsxanalarında işgəncələr nəticəsində şəhid olub. «Əqsa Tufanı» Fələstin torpaqlarında işğala son qoyulması üçün əsl geri dönüşün başlanğıcıdır.

Həmas heyəti Misirdə çalışır ki, xalqımızın tələblərini təmin edəcək razılaşmaya gedən bütün maneələr aradan qaldırılsın. Məqsədimiz yardımın daxil olmasını və məcburi köçkünlərin evlərinə qayıtmasını təmin edəcək bir razılaşma əldə etməkdir.

İstədiyimiz razılaşma texnokratlardan ibarət fələstinli bir heyətin nəzarəti altında dərhal bərpa işlərinə başlanılmasını təmin etməlidir. İsrailin cinayətləri və kütləvi qətllər müharibə cinayətidir və zamanla itmir.

İran İslam Respublikasının, Yəməndə Ənsarullahın və Livanda İslami Müqavimətin səylərinə minnətdarıq. Biz bütün fələstinli qrup və qüvvələri müqavimət seçiminə birləşməyə çağırırıq.


168 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.09.25, 09:37
Rusiya NATO-nu təhdid etdi
Go to TOP