Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2025

Qəzza razılaşması fonunda sionist rejim daxilində ixtilaflar kəskinləşir

Qəzzaya qarşı müharibənin səngiməsi ərəfəsində İsrail rejiminin müxtəlif strukturları arasında ixtilaf və qarşıdurmalar daha da üzə çıxmağa başlayıb. “Yəsrəil Hiyom” qəzeti cümə axşamı axşam saatlarında dərc etdiyi bir reportajda bu münaqişənin bəzi detallarına toxunub.

Qəzet yazır ki, İsrailin maliyyə naziri Betsalel Smotriç bu gün – cümə günü, Qəzza müharibəsində oğlunu və qardaşı oğlunu itirmiş Gadi Ayzenkotun ünvanına sərt tənqidlər səsləndirib.

Smotriç Ayzenkota müraciətində yazıb: “Bu gün sən bizdən üzr istəməlisən. Bilirsən ki, əslində sən mənə təşəkkür etməlisən? Mən qismən razılaşmalara qarşı çıxdım. Əgər mən olmasaydım, bütün əsirlər birlikdə azad edilməmiş olardı.”

Bu məktub Gadi Ayzenkotun – İsrail ordusunun sabiq Baş Qərargah rəisinin, Netanyahunun kabinetindəki nazirləri, o cümlədən Smotriçi sərt şəkildə tənqid etməsindən sonra yayımlanıb. Ayzenkot onları Qəzza razılaşmasına çatmaqda əsas maneə kimi təqdim edib.


67 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.09.25, 09:37
Rusiya NATO-nu təhdid etdi
Go to TOP