Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2014

ABŞ İŞİD əleyhinə əməliyyatlara nə qədər xərcləyir?

Pentaqon: İŞİD əleyhinə əməliyyat Vaşinqtona gündəlik 7.5 milyon dollara başa gəlir.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, bu barədə Time jurnalına ABŞ admiralı Con Kerbay məlumat verib.
Onun sözlərinə görə, bu xərclər hava hücumları və amerikalı hərbi mütəxəssislərin İraq ordusuna yardım üçün müşavirəyə göndərilmə xərcləridir. Bütün bu xərclər amerikalı vergi ödəyicilərinin üzərinə düşür ki, sözügedən məbləğ gündən günə artmağa davam edir.
Amerikalı hərbi müşavirlər iyun ayında İraqa göndərilmişlər. Amerika mərkəzi komandalığı da İŞİD terrorçularına qarşı hava hücumlarına başlamışdır. Habelə, İŞİD terrorçularının əlindən Sincar dağlarına qaçan yezidilərə havadan humanitar yardım atılmışdır.
Amerika Hərbi Hava Qüvvələri avqustun 8-dən dünənə qədər İŞİD mövqelərinə 110 hava hücumu həyata keçirib.
1797 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP