Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2024

Türkiyə sionist rejimə armatur ixracını dayandırsa, Təl-Əviv Ankaranı cəzalandıracaq

Sionist rejimin xarici işlər naziri Ankaranın ixrac məhdudiyyətlərinə cavab olaraq Türkiyəni Amerika ilə hədələyib.

İsrailin xarici işlər naziri Yisrael Katz bu gün Ankaranın işğal olunmuş Fələstinə bəzi məhsulların ixracını məhdudlaşdırmaq qərarına kəskin reaksiya verərək deyib ki, İsrail ABŞ-dan Türkiyə iqtisadiyyatına sərmayə qoymağı dayandırmasını və Ankaraya sanksiya tətbiq etməsini istəyəcək.

O, əlavə edib ki, İsrail də bu rejimə ixracı qadağan edilən Türkiyə mallarının böyük siyahısını hazırlayacaq.
Dünən sionist rejimin Türkiyənin Qəzzəyə yardım göstərməsinə qarşı çıxmaqla bu ölkəni təhqir etməsindən sonra Türkiyənin Ticarət Nazirliyi Ankaranın aprelin 9-dan (bu gün) bəzi məhsulların sionist rejimə ixracını məhdudlaşdırmaq qərarına gəldiyini açıqlayıb.

Türkiyə Ticarət Nazirliyinin sionist rejimə qarşı ixrac məhdudiyyətlərinə armatur, düz polad təbəqələr, mərmər və keramika kimi 54 qrup ixrac məhsulu daxildir.

Türkiyənin tətbiq etmək istədiyi ixrac məhdudiyyəti Qəzzə müsəlmanları əleyhinə istifadə olunan silah, neft və digər yanacaq məhsulları və ərzaq tədarükünə şamil olmur.
1996 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
10.04.24, 11:41
Go to TOP