Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2024

İran XİN-nin hücumla bağlı ilk bəyanatı

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sionist rejimin İran İslam Respublikasının Dəməşqdəki səfirliyinə qarşı təcavüzkar hərəkətinə cavabı ilə bağlı rəsmi bəyanatı

???? İran İslam Respublikasının silahlı qüvvələri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünəməxsus özünümüdafiə hüququndan istifadə etməklə və sionist rejimin təkrar hərbi təcavüzü və Suriya hökumətinin dəvəti ilə bu ölkədə işləyən İranın rəsmi hərbi müşavirlərinin şəhadətinə cavab olaraq və xüsusilə 1 aprel 2024-cü il tarixli hərbi hücumda ölkəmizin Dəməşqdəki diplomatik obyektlərinə, 14 aprel 2024-cü ildə bu rejimin hərbi bazalarına qarşı silsilə hərbi hücumlar həyata keçirdilər.

???? İran İslam Respublikası Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüququn prinsip və məqsədlərinə sadiqliyini təsdiq etməklə yanaşı, öz suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını hər hansı qanunsuz güc tətbiqi və təcavüzə qarşı qətiyyətlə müdafiə etmək əzmini vurğulayır.

???? İran İslam Respublikasının özünümüdafiə hüququnun həyata keçirilməsində müdafiə tədbirləri ilə bağlı müraciəti işğalçı sionist aparteid rejiminin Fələstin xalqına qarşı qeyri-qanuni və soyqırım əməlləri və bu rejimin qonşu dövlətlərə qarşı dəfələrlə hərbi təcavüzü və bölgədə və onun hüdudlarından kənarda təxribatlarının davam etdiyi bir vaxtda İranın regional və beynəlxalq sülh və təhlükəsizliyə məsuliyyətlə yanaşmasını göstərir.

???? Lazım gələrsə, İran İslam Respublikası istənilən təcavüzkar hərbi hərəkətlərə və qeyri-qanuni güc tətbiqinə qarşı öz qanuni maraqlarını qorumaq üçün daha çox müdafiə tədbirləri görməkdən çəkinməyəcək.
2669 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
10.04.24, 11:41
Go to TOP