Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2024

İranın cavab öncəsi sionist rejim vəzifəliləri arasında istefalar artdı

Cinayətkar sionist rejimin İranın Suriyadakı konsulluq bölməsinə hücumunun ardınca İranın qisas əməliyyatı keçirəcəyini vəd etməsi sionst rejimin yüksək vəzifəliləri arasında istefaları artırıb.
“Əl-Məyadin” telekanalının verdiyi xəbərə görə, işğalçı sionist rejimin hərbi kəşfiyyat şöbəsinin araşdırma bölməsinin rəisi “Amit Saer” tutduğu vəzifədən istefa verib.
Bundan əvvəl sionist rejimin kəşfiyyat idarəsinin bir neçə məsul zabiti Qəzzə müharibəsinin idarə olunmasına etiraz olaraq indiyədək istefalarını elan ediblər.
Sionist rejimin Kan telekanalı da bildirib ki, işğalçı rejimin minlərlə polis zabiti ruhi vəziyyətlərinin pisləşməsi bəhanəsi ilə oktyabrın 7-dən sonra istefaya və ya təqaüdə çıxmağa cəhd edir.
Bir müddət əvvəl Kan telekanalı verdiyi xəbərdə Qəzzə zolağına qarşı quru müharibəsində 2000-dən çox əsgərin psixoloji problemlərə görə psixiatra müraciət etmək məcburiyyətində qaldığını etiraf edib.
1568 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
10.04.24, 11:41
Go to TOP