Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

"İŞİD" Qafqaza yürüş edəcəyi ilə hədələdi

“İslam Dövləti” terror qruplaşması internetdə yaydıqları video çarxda Çeçenistan və Qafqazda müharibəyə başlamaqları ilə hədələyiblər.

Bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

“İslam Dövləti” terrorçularının ələ keçirdikləri Suriyanın Rakka əyalətində yerləşən Tabaka hərbi aerodrom əks olunub. Qırıcı təyyarənin kabinəsində olan silahlı Çeçenistan və Qafqazı “azad etmək” niyyətində olduqlarını elan edib. Qeyd edək ki, video görüntüdə terrorçunun nitqi naməlum şəxs tərəfindən rus dilinə tərcümə edilir.

Bundan başqa, silahlılar prezident Bəşəq Əsədi hədələyərək hökumət qoşunlarına aviazərbələr endirəcəkləri ilə də hədələyiblər.
2022 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP