Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2014

Britaniya polisi bir ildə elektroşokla 1693 adam öldürüb!

Qərb “demokratiyası”: Britaniya polisi bir ildə elektroşokla 1693 adam öldürüb!

Bu günlərdə Azərbaycan parlamenti polisə elektroşok silahından istifadəyə icazə verən düzəlişləri təsdiqlədi.

Qanunla görə, Azərbaycan polisi bundan sonra şübhəli şəxsləri yaxalamaq və təhlükəli  cinayətkarları neytrallaşdırmaq üçün elektroşokdan istifadə edə biləcək.

Bu düzəliş geniş ictimai diskussiyalara səbəb oldu və müxalifətdə narahat oldular ki, elektroşok həm də etiraz aksiyalarının dağıdılmasında istifadə oluna bilər.

Azərbaycan hakimiyyətinin təmsilçiləri isə bu narahatlıqları əsassız hesab edərək polisin elektroşok cihazından istifadəsinə icazə verilməsinin insan haqları sahəsində vəziyyəti daha da pisləşdirəcəyinə dair deyilənlərlə razılaşmadılar. Üstəlik onlar haqlı olaraq xatırlatdılar ki, elektroşok silahı polisin istifadəsinə verilən xüsusi vasitə olaraq Azərbaycanda icad edilməyib.

Bu silahdan inkişaf etmiş demokratiyalarda - Qərbdə çoxdandır istifadə edirlər. Əgər elədirsə, cinayətkarlığın, təhlükəli canilərin get-gedə artdığı, zorakı və amansız qətllərin tez-tez baş verdiyi ölkədə polis niyə bu silahdan təhlükəli cinayətkarı neytrallaşdırmaq üçün istifadə etməsin?

Xatırladaq ki, elektroşok silahı hədəfə 50 min volt aşağı tezlikli elektrik cərəyanı atır. Aldığı güclü elektrik zərbəsinin təsirindən hədəf huşunu itirir və hərəkətsiz qalır, onun özünə gəlməsi üçün 30-40 dəqiqə vaxt tələb olunur.

Lakin bu silah ölümcül nəticələr də verə bilər. Əslində polisin sərəncamındakı digər xüsusi vasitələrin - yüksək təzyiqli su şırnağının, dəyənəyin, gözyaşardıcı qazın da ölümlə nəticələnməsi mümkündür. Elektroşok isə daha riskli vasitə hesab olunur.

Bəs Qərb ölkələrində bu silahdan istifadə necə həyata keçirilir?

Virtualaz.org saytı Britaniyada elektroşokdan istifadəyə dair maraqlı statistika əldə edib.

Xəbər vermişdik ki, bu ölkədə bir gün əvvəl polis gənc qızı diri-diri yeyib öldürən hannibalı zərərsizləşdirmək üçün ona elektroşokdan atəş açıb, manyak aldığı zərbədən ölüb.

“Taser” tipli elektroşok silahı Britaniya polisinin silahlanmasına 2013-cü ildə daxil olub. Statistikaya görə, həmin vaxtdan sonra bir il ərzində - 2014-cü ilin iyun ayına qədər Britaniya polisi “Taser”dən şübhəlilərə qarşı 10 min 488 dəfə istifadə edib. Bu zərbələrdən 1693-cü ölümcül olub. Yəni Britaniyada bir il ərzində elektroşok zərbəsindən gündə orta hesabla 5 adam ölüb.

İnsan haqları müdafiəçiləri deyirlər ki, üstəlik Britaniya polisi “Taser”i kifayət qədər əsas olmadan tətbiq edir. Məsələn, 2013-cü ilin iyulunda dondurma fabrikinin 23 yaşlı işçisi Cordan Beqli polisin elektroşok zərbəsindən ölüb.

Məlum olub ki, həmin şəxs heç cinayət törətməyib və sadəcə olaraq qonşuları ilə zarafatlaşırmış. Yaxınlıqdan keçən polislər isə çox fikirləşmədən gəncə elektroşok silahından atəş açıblar və o, aldığı zərbə nəticəsində ürək tutması keçirərək yerindəcə ölüb.

Göründüyü kimi, Azərbaycan polisinin sərəncamına daxil olan elektroşok silahı doğrudan da təhlükəlidir. Lakin məşhur Azərbaycan filmində deyildiyi kimi, hakimiyyət bu silahdan istifadəyə icazə verərəkən “o əjdahadan bizdə niyə olmasın” məntiqi ilə hərəkət etməkdə haqlıdır.

Axı Britaniya kimi özünü demokratiyanın beşiyi sayan ölkədə polis elektroşokla gündə 5 adam öldürürsə, başqa ölkələr niyə bu silahdan istifadə etmək haqda düşünməsin?

1577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP