Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2015

ABŞ-da iki polis öldürüldü

ABŞ-ın Missisipi ştatında iki polis naməlum şəxs tərəfindən öldürülüb.

RİA "Novosti”nin verdiyi məlumata görə, hadisə dünən Hattisberq şəhərində baş verib.

Polislər avtomobili yoxlamaq üçün saxladıqda, avtomobildən onlara atəş açılıb.

Yaralanmış polislər xəstəxanaya çatdırılsalar da, onları xilas etmək mümkün olmayıb.

Polislərin avtomobil oğrusu tərəfindən qətlə yetirildiyi güman edilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxsin tapılması istiqamətində işləri davam etdirirlər.

Polisdən həmçinin bildirilib ki, son 30 ildə belə hadisə baş verməyib. Hattisberg meri hadisəni törədən şəxs tutulana qədər vətəndaşlara evdən çıxmamağı tövsiyə edib./apa/
987 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP