Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

Aydın Bəşirov Odessada şəxsi donanma alıb

Xəzər Gəmiçiliyi (Kaspar) idarəsinin sabiq rəisi Aydın Bəşirov Odessada 50-dən çox gəmisi olan şəxsi donanmaya sahibdir.

Bu ilginc məlumatı “Axar.az”a həmin donanmada işlədiyini iddia edən və adının açıqlanmasını məlum səbəbdən istəməyən məxs verdi. Qaynağın sözlərinə görə, Ukraynada qeydiyyatdan keçən və Aydın Bəşirovun oğlu İlqar Bəşirovun rəhbərlik elədiyi bu şirkət “Sail Traidind” adlanır. Donanmanın tərkibində tankerlər, quru yükdaşıyan və yedək yük gəmiləri var. Qeyd olunur ki, oğul Bəşirovun rəhbərlik etdiyi özəl gəmiçilik idarəsi “Kaspar” gəmilərindən daha çox yükdaşıma ilə məşğul olur.

İddia olunur ki, əslində, Aydın Bəşirovun Xəzər Gəmiçiliyinə məxsus gəmiləri işlək vəziyyətə gətirməməsinin bir səbəbi də özünün “Sail Traidind” şirkətinin daha fəal işləməsi istəyindən irəli gəlib. Xəzər Dəniz Gəmiçiliyinə sifarişləri yerinə yetirmək üçün gəmilərin yetərli olmaması görüntüsünü yaratmaqla, sifarişlərin bir hissəsi özəl şirkətinə transfer edilib.

Məlumata görə, “Sail Traidind”in əmlakı milyardlarla ölçülür.
5196 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP