Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2015

PKK məktəbə basqın etdi, 20 müəllimi qaçırtdı

PKK silahlıları Türkiyədə 20 müəllimi qaçırıb.

Beş ayrı-ayrı məktəblərdə dərs deyən 20 müəllim bu gün Şırnakın Silopi qəsəbəsində PKK tərəfindən qaçırılıb.

Xarici KİV-lər yazır ki,PKK məktəbdən qaçırdıqları müəllimləri bir müddət saxlayıb, onlara təşkilatlarını təbliğ ediblər, daha sonra isə buraxıblar.

Alınan məlumata görə, PKK-çılar Mahal mərkəzindəki Gazipaşa İbtidai məktəbinə, 23 Nisan orta məktəbinə, Sevgi İbtidai məktəbinə, Respublika İbtidai məktəbinə və Orta məktəbə hücum ediblər.

Qaçırılan müəllimlərin dərs keçdikləri vaxt, sinifdən, şagirdlərin gözü qarşısından zorla aparıldığı deyilir. Hadisədən sonra şagirdlər evlərinə buraxılıblar.

Sərbəst buraxılan müəllim Rayon Təhsil Müdirliyinə gələrək, vəziyyəti müdirlikdəki nümayəndələrə izah ediblər./ans/
1067 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP