Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2015

Elçin Qasımova 30 sutka həbs cəzası verildi

Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın sədr müavini Elçin Qasımov barəsində məhkəmə qərarı çıxarılıb.
Bunu vəkil Cavad Cavadov bildirib. E. Qasımov bu gün Sabunçu Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə müqavimət) maddəsi ilə təqsirləndirilərək 30 gün müddətinə azadlıqdan məhrum edilib.

Vəkil həmçinin qeyd edib ki, E. Sadıqovla bərabər saxlanılan digər şəxslər barəsində də məhkəmə müxtəlif müddətlərə inzibati həbs qərarı çıxarıb.

***

Vəkil Cavad Cavadov “Müsəlman Birliyi Hərəkatı”nın İdarə Heyətinin sədri, noyabrın 5-də saxlanılan Elçin Qasımovla görüşə bilməyib. Baxmayaraq ki, onun vəkil orderi olub. Bu barədə Cavad Cavadov facebook səhifəsində məlumat paylaşıb.

Vəkil yazıb ki, noyabrın 5-i axşam Sabunçu Polis İdarəsinə gedib, lakin onu Elçin Qasımovla görüşə buraxmayıblar. Cavad Cavadov hesab edir ki, onu görüşə buraxmamaq Elçin Qasımova işgəncə verilmə ehtimalını artırır.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da noyabrın 5-i axşam Sabunçu Polis İdarəsinə gedib və müvəqqəti saxlanma yerində saxlanma şəraiti ilə maraqlanıb. Komitə sədri APA-ya deyib ki, Elçin Qasımovun saxlanmasına görə polislərlə yaranan qarşıdurma zamanı bir neçə dindar saxlanılıb. Onlar bu gün məhkəməyə aparılacaqlar. Saxlanıların heç birinə cinayət işi açılmayıb. Məhkəmə onların inzibati qaydada həbs olunmaları, cərimələnmələri və yaxud azadlığa buraxılmaları barədə qərar verə bilər. Komitə sədrinin sözlərinə görə, saxlanma şəraiti ilə bağlı hər hansı şikayət olmayıb. O, Elçin Qasımova və ya saxlanılan dindarlardan başqa hər hansı birinə işgəncə verilib-verilmədiyi barədə heç nə deməyib.

Ən son məlumata görə, hazırda Elçin Qasımov və digər saxlanılanlar Sabunçu məhkəməsindədir. Onların barəsində inzibati qərar çıxarılacağı gözlənilir. Vəkil Cavad Cavadlının yaydığı məlumata görə, saxlanılan dindarların sayı təxminən 20 nəfərdir./azadlıq/
872 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP