Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2016

Rusiyanın yeni Suriya planı…

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada böhranın həlli və atəşkəsə nail olmaq üçnü hazırlanan yeni planı Amerika Birləşmiş Ştatlarına (ABŞ) göndərdiklərini deyib. Rusiya XİN rəhbəri yerli “Moskovskiy Komsomoles” qəzetinə müsahibəsində bu barədə açıqlama verib.
Lavrov açıqlamasında, Suriya prezidenti Bəşər Əsədin tutduğu vəzifəni tərk etməsini nəzərdə tutmayan planı ABŞ rəhbərliyinə təqdim etdiklərini deyib:
“Ətraflı bir açıqlama vermədən onu deyə bilərəm ki, ABŞ və müttəfiqlərinin Bəşər Əsəd gedəcəyi təqdirdə atəşkəsin müzakirə oluna biləcəyi barədə təkid etdiyi mövqeyin əksinə biz konkret plan hazırlayaraq rəsmi Vaşinqtona təqdim etmişik”.
Rəsmi Vaşinqtonun bu planı nəzərdən keçirdiyini deyən Lavrov çox sadə təkliflər olan bu planın incələnməsinin çox davam etməyəcəyinə ümid etdiyini bildirib.
1412 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP