Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2016

Şəhid əsgərimiz Biləsuvarda torpağa tapşırılıb - FOTO

Aprelin 3-də cəbhənin Füzuli istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun 20 yaşlı əsgəri Novruzov Fərahim Nadir oğlu aprelin 4-də böyüyüb boya-başa çatdığı Biləsuvar rayonunun Səmədabad kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədiklərini bildiriblər.

Şəhidin atası Nadir Novruzov oğul itkisinin ağır olmasına baxmayaraq onun şəhidliyindən qürur duyduğunu bildirib.


710 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber