Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

Seyid Həsən Nəsrullah: "Bu terrorun sifarişçisi İsraildir"

Seyid Həsən Nəsrullah, Həsən Əl-Qeysin şəhadətiylə bağlı təşkil edilən mərasimdə çıxış edib

İslamazeri.az-ın ərəb mediasına istinadən verdiyi xəbərə görə, Livan müqavimət hərakatı "Hizbullah"ın baş katibi Seyid Həsən Nəsrullah, "Hizbullah" liderlərindən Həsən Əl-Qeysin şəhadətiylə bağlı təşkil edilən mərasimdə çıxış edib.

"Hizbullah" lideri araşdırma zamanı bu terrorun İsrail tərəfindən sifariş verildiyi haqda dəlillər əldə etdiyini və bu sifarişin təkfirçilər tərəfindən həyata keçirildiyini bildirib.

Seyid Həsən Nəsrullah, "Həsən Əl-Qeysin cəbhədə ölmədiyini deyənlər yanılır. O, döyüşün ortasında şəhid oldu. Düşmənimiz bəllidir. Əsl məqsədləri müqaviməti məhv etməkdir." deyib.

O, son zamanlar Livan ordusuna qarşı törədilən terror hadisələrinidə qınayıb və Livan ordusunun ölkəni qorumaqda tək milli təşkilat olduğunu bildirib.

"Hizbullah" lideri sözlərinin sonunda terror aktını həyata keçirən və sifarişini verənlər haqqında sarsıdıcı cavab vəd verdiyini bildirib.
3316 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP