Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Neftçalada gəmi kapitanı faciəli şəkildə ölüb

Azərbaycanda gəmi kapitanı faciəli şəkildə ölüb. Neftçala Rayon Prokurorluğundan apa-ya verilən məlumata görə, hadisə Kür çayının rayonun Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

1970-ci il təvəllüdlü Azər Xeyrulla oğlu Qarayev kapitanı olduğu “YG 3" yedək gəmisində yükləri qaldırmaq üçün olan qurğunun qırılması nəticəsində yükün altında qalaraq dünyasını dəyişib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozduqda insan ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.
3615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP