Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2016

Qırmızı banan, yoxsa sarı... – Foto

Qırmızı banan normal banandan kiçik ölçülərdə, qabığı tünd qırmızı, yaxud bənövşəyi rəngdə olan, Cənubi Amerika ilə Asiyada yetişdirilən banan növüdür.

Yetişdikcə rəngi daha da tündləşən və “Qırmızı dəkkə” kimi də tanınan bananın dadı sarı bananın dadına oxşayır. Tərkibində olan vitamin və minerallarla sarı banandan fərqlənmir. Lakin sarı banandan fərqli olaraq qırmızı bananda yüngül moruq, çiyələk və manqo qoxusu da var.

Marmelad, çips, şokolad, pudinq, biskvit kimi məhsulların hazırlanmasında istifadə edilən qırmızı bananın unu da istehsal edilir.

Argentinada bir araşdırmada könüllü olan qadınlar hər səhər yeməyində qırmızı banan yeyib. 3 ayın sonunda bütün qadınların arıqladıqları müşahidə edilib. Möcüzəvi meyvə həm təbii antidepresan təsiri ilə stressdən qoruyur, həm də həzmi asanlaşdırır.

Qeyd edək ki, şüur bulanıqlığı, əsəbilik, yorğunluq, qansızlıq və yuxusuzluğa səbəb olan B6 vitamin çatışmazlığına qarşı qırmızı banandan istifadədə fayda var. Həmçinin bananın rəngi nə qədər tünddürsə, tərkibindəki C vitamini və beta karoten o qədər zəngindir./axar/




2667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP