Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

26 yaşlı gənc güllələndi

Bu gecə Bakının Nəsimi rayonunda qətl törədilib.

Verilən məlumata görə, axşam saat 22:00 radələrində metronun "20 yanvar" stansiyasının yaxınlığında 26 yaşlı gənc başına açılan atəşlə öldürülüb.

Hadisə, Velotrekin ətrafında yerləşən bir kafenin yaxınlığında baş verib. Cinayətdən bir müddət öncə öldürülən gənc naməlum şəxslərlə həmin kafedə olub. Onların kafeni tərk etməsindən 30-40 dəqiqə sonra güllə səsləri eşidilib. Kafenin işçiləri polisə məlumat veriblər.

Minval.Az-ın əldə etdiyi məlumata görə, polis öldürülən şəxsin kimliyini müəyyən etməyə nail olub. Verilən məlumata görə, qətlə yetirilmiş şəxs əvvəllər narkotik ticarətinə görə həbsdə olub.


Cinayət hadisəsi ilə bağlı istintaq araşdırması başladılıb (Minval.Az).
3324 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP