Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

İran prezidenti Rza Zərrabın həbsi barədə suala cavab verdi

İran prezidenti Həsən Ruhani Türkiyədə qaçaqmalçılıq və rüşvət əməliyyatında saxlanan iş adamı Rza Zərrabın həbsinə münasibət bildirib.

Türkiyə mətbuatı xəbər verir ki, prezident jurnalist Ərtoğrul Özkökün suallarını cavablandırarkən iş adamından danışıb. O, jurnalsitin “Türkiyədə 4 nazirin adının hallandığı qaçaqmalıçılıq məsələsindən yəqin xəbərdarsınız.

İstintaqda iran əsilli iş adamı Rza Zərrab və İran vətəndaşı Babək Zəncaninin də adı hallanır. Bu hadisəni izləyirsiz” sualına belə cavab verib: “Bu məsələ Türkiyənin daxili işidir. Bu məsələ bizim yox, Türk ədalətinin məsələsidir. Prosesləri izləyirik, amma bunun bizə bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, Rza Zərrab 2013-cü il dekabrın 17-də rüşvət və qaçaqmalıçılıq əməliyyatı zamanı saxlanılıb.
3123 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP