Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2018

Kim Çen İn adamlarını Cənubi Koreyaya göndərir

Şimali Koreya yanvarın 9-da Cənubi Koreya ilə danışıqlara göndərəcəyi nümayəndə heyətinin tərkibini müəyyənləşdirib.

Bu barədə informasiyanı Cənubi Koreyanın Milli Birlik İşləri üzrə Nazirliyi yayıb. Nazirlik artıq Pxenyanın onlara nümayəndə heyətinin tərkibi haqqında informasiya verildiyini bildirib. Pxenyanın göndərəcəyi nümayəndə heyətinə Vətənin Birləşdirilməsi Komitəsinin rəhbəri Li Son Qvonun rəhbərlik edəcəyi vurğulanıb.

Qeyd edək ki, bundan öncə Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreyanın Pxyonçxan şəhərində keçiriləcək qış olimpiyadasına öz idmançılarını göndərməyə hazır olduğunu bildirmişdi. Bu təklif Seul tərəfindən bəyənilmişdi və tərəflər bununla bağlı danışıqların keçirilməsinə razılıq vermişdilər.
1499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP