Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

"Cəbhədəkilər hakimiyyətin mətbəxinə məxsusdur"

Cəbhə bölgəsində baş verənlərin bu qədər şişirdilməsi hakimiyyətin mətbəxinə məxsusdur
Azər Rəşidoğlu: "Deyilənlər şayiədən başqa bir deyil"

“Düşünmürəm ki, nə Soçi olimpiya oyunlarından əvvəl, nə də ki, sonra Ermənistan və Azərbaycan arasında iriçaplı əməliyyatlar baş tutsun. Bu barədə deyilənlər şayiədən başqa bir deyil və Azərbaycan hakimiyyətinin maraqlarına xidmət edir.”

Bu sözləri FaktXeber.com-a politoloq Azər Rəşidoğlu Soçi olimpiya oyunları öncəsi Rusiyanın maraqlarının ziddinə olaraq cəbhə bölgəsində vəziyyətin gərginləşməsinə dair açıqlama verərkən qeyd edib.

Müsahibin sözlərinə görə, hakimiyyət ölkədəki islahatların aparılmamasını və buna görə yönələn beynəlxalq təzyiqləri bu məsələ ilə ört-basdır etmək istəyir: “Lakin Soçi olimpiya oyunları qabağı Cənubi Qafqazda müharibənin başlanması Rusiyanın maraqlarına uyğun deyil. Sadəcə olaraq cəbhə bölgəsində baş verənlər kifayət qədər şişirdilmiş bir məsələdir.”

Müəyyən kiçik əməliyyatların aparılmasının son 20 ildə daima olduğunu söyləyən politoloq, ”bu dəfə də baş verənlər əvvəlki illərdə baş verənlərin müəyyən bir müstəviyə transferidir. Sadəcə olaraq görünür kimlərinsə cəbhə bölgəsində ermənilərin vəziyyəti gərginləşdirməsi ilə bağlı həyəcan siqnalı çaldığı bir zamanda, bununla paralel şimali sərhədlərimizdə fəaliyyət göstərən radikal terror qruplaşmalarının Azərbaycanı hədələməsi ilə bağlı məlumatlar yayıldı”, - deyə bildirdi: “Bütün bunların hamısı islahatlardan qaçmaq və ölkənin bütün problemlərindən ictimai rəyi yayındırmaq üçün Azərbaycan texnoloqları tərəfindən hazırlanıb. Yaşananların hamısı Azərbaycanın siyasi texnoloqları tərəfindən ortalığa atılan siyasi manevrdir. Vəziyyət göründüyü kimi ciddi deyil və hər hansı müharibədən söhbət gedə bilməz.”

Müsahib sonda bildirdi ki, yayılan məlumatların hamısı hakimiyyət mətbəxlərindən şüurlu şəkildə mətbuata və sosial şəbəkələrə ötürülür.
3624 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP