Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2019

İrandan turistlərlə bağlı vacib qərar – Ləğv edildi

İran Prezidenti Həsən Ruhani xarici ölkə vətəndaşlarının ölkəyə girişi zamanı pasportlarına möhür vurulması məcburiyyətini ləğv edib.

Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.

Qeyd edək ki, bundan öncə İranın analoji addımı atacağı ilə bağlı məlumat yayılmışdı, lakin rəsmi təsdiqini tapmamışdı.

İran hökuməti bu addımı ölkəyə gələn turistlərin ABŞ vizası ilə bağlı gələcəkdə problemlərlə qarşılaşmaması üçün atıb. Belə ki, Birləşmiş Ştatlar keçən il İrana səfər edənlərin ABŞ vizasının alınmasında problemlə üzləşəcəklərini bəyan edib.

2018-ci ildə İranı 7,8 milyon xarici turist ziyarət edib. Bu, 2017-ci ildəki göstəricidən 50% çoxdur.
1016 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP