Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Hökumət əhaliyə kompensasiyaları 10 dəfə az verir...

Bakının “Sovetski” və digər tarixi məhəllələrinin sökülməsi planları ilə əlaqədar maraqlı məlumatlar əldə etmişik.

Nazirlər Kabinetindən sızan məlumatlarda bildirilir ki, köhnə məhəllələrin sökülməsi planları arxasında həm siyasi, həm də iqtisadi məqsədlər dayanır: “Hakimiyyətdə düşünürlər ki, həm sovet dövründən bəri ”itaətsizliyin" hökm sürdüyü bu məhəllələrlə problem birdəfəlik həll olunar, həm də boşaldılan torpaq sahələrindən yüksək mənfəət əldə edilər",- deyə mənbə vurğulayıb.

Məlumata görə, bu ərazilər təkcə şəhərin mərkəzi zonasında yerləşməsi ilə deyil, həm coğrafi xarakterinə, həm də torpağın quruluşuna görə çox əhəmiyyətlidir. Məhz bu amillərə görə, “Sovetski” ərazisindəki torpaqların hər kvadrat metrinin real bazar dəyəri 10 min manat, “Kubinka”nınkı isə 15 min manatdır. Belə ki, “Kubinka”nın yerləşdiyi ərazi seysmik xüsusiyyətlərinə görə daha üstün sayılır.

Qeyd edək ki, hakimiyyət sözügedən məhəllələrin sakinlərinə yalnız söküləcək evlərin hər kvadrat metrinə görə 1500 manat həcmində kompensasiya verir. Torpaq sahəsinin dəyəri isə nəzərə alınmır. Deməli, bu halda, hakimiyyət “Sovetski”də vətəndaşlara kompensasiyanı 6-7 dəfə, “Kubinka”da isə 10 dəfə az verir. Lakin özgəninkiləşdirildikdən sonra isə bu torpaqların yüksək qiymətlərlə iş adamlarına satışı gözlənilir.

Onu da əlavə edək ki, köhnə məhəllələrdəki evlər və torpaq sahələri tarixən xüsusi mülkiyyətdə olub. Bu gün fiziki şəxslərdən həm əmlak, həm də torpaq vergisi tutulduğu halda, sakinlərə yalnız əmlaka görə kompensasiyanın verilməsi isə anlaşılmır!/azadlıq/
3773 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP