Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2024

Amerika qəzeti: Borel İrana qarşı sanksiyaların artırılmasına qarşı çıxdı

Amerika qəzeti "Wall Street Journal" Fransa və Almaniyanın regional müttəfiqlərini raket və digər silahlarla təmin etməsi bəhanəsi ilə İrana sanksiya tətbiq etməyə çalışdıqlarını iddia edərək yazıb: “Avropa İttifaqının xarici siyasət üzrə Ali Nümayəndəsi bu hərəkətin əleyhinə çıxıb və yeni sanksiyaları Tehranla diplomatiyanın zəiflədilməsi kimi qiymətləndirib.”

The Wall Street Journal keçən ay Fransa, Almaniya, Hollandiya və digər beş Avropa İttifaqı ölkəsinin Cozef Borelə göndərdiyi məktuba istinad edərək bildirib ki, bu birlik yeni sanksiyalar tətbiq etməlidir və bu ölkələrin iddiasına əsasən, bu qruplaşmalarla birlikdə bölgədəki milisləri silahlandıran, maliyyələşdirən, məsləhət verən və yönləndirən iranlıları hədəf almağa icazə verməlidir.

Bu xəbərə görə, Borel bu məktuba belə cavab verib: "Bu işi indi etməyin."

Eyni zamanda Wall Street Journal Aİ rəsmilərinə istinadən yazıb ki, bu reaksiya Vaşinqton tərəfindən dəstəklənib./irna/
1463 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
10.04.24, 11:41
Go to TOP