Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2024

Kənani: Sionist rejimin vəhşiliyinə dəstək verənlər və susanlar utanmalıdır

Xarici İşlər Nazirliyinin sözçüsü Şəfa xəstəxanasının mühasirəyə alınmasına reaksiya verərək deyib: Qəzzə zolağına qarşı müharibə başlayandan indiyədək 31923 Fələstin vətəndaşı şəhid olub, 74096 nəfər yaralanıb və qurbanlarının 72%-dən çoxu qadın və uşaqlardır.

Bu günlərin ağrılı xəbərlərdən biri də sionist işğalçı ordunun ardıcıl dördüncü gündür Qəzzədə Şəfa xəstəxanasını mühasirəyə almasıdır. Bu rejim qüvvələri Şəfa xəstəxanasını partladıb, tamamilə dağıdıblar.

Tarixin dili dünya ictimaiyyətinin gözü qarşısında baş verən bütün bu açıq-aşkar və həyasız vəhşiliyi dilə gətirmək iqtidarında deyil və acizdir.

Bütün bu vəhşiliyə dəstək verənlər və bu vəhşilik qarşısında susanlar özlərindən utanmalıdırlar. Beynəlxalq ictimaiyyət Birləşmiş Millətlər Təşkilatı və onun Təhlükəsizlik Şurasını Amerika və sionist rejimin girovluğundan azad etmək üçün təcili tədbir düşünməlidir./irna/
1480 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
10.04.24, 11:41
Go to TOP