Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2024

Sionistlər Hizbullahın hücumlarına görə çarəsiz vəziyyətə düşüblər

Hizbullahın işğal olunmuş Fələstinin şimalına hücumlarının davam etməsi sionistləri son dərəcə çıxılmaz vəziyyətə salıb.

Sionist rejimə bağlı mənbələr bildiriblər ki, baş nazir Benyamin Netanyahu işğal olunmuş Fələstinin şimal bölgələrinin yerli səlahiyyətliləri ilə Livan islami müqavimət hərəkatının hücumlarının davam edəcəyi surətdə bu ərazilərdə dərs ilinin necə başlanması ilə bağlı məsləhətləşmələr aparıb.

Sionist rejim mediası “İsrael Hayom” xəbər verib ki, son bir neçə gün ərzində Netanyahu növbəti tədris ilinin başlanması ilə bağlı işğal olunmuş Fələstinin şimalında yerli məmurlarla ilə görüş keçirib və onun təxirə salınması imkanlarını nəzərdən keçirib.

Bu sionist medianın məlumatına görə, Netanyahu adıçəkilən rəsmilərlə sionist mühacirlərin otellərdə qalma müddətinin iyuldan sonraya qədər uzadılması məsələsini də müzakirə edib.
1522 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
10.04.24, 11:41
Go to TOP