Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

128 min qaçqın acından ölüb

"Amnesty International" təşkilatı aclıqdan müharibə vasitəsi kimi istifadə edildiyini iddia edib
Suriya hökuməti dinc sakinlərin aclıq çəkməsindən müharibə aparmaq vasitəsi kimi istifadə edir. Bu iddia ilə "Amnesty International" beynəlxalq hüquq-müdafiə təşkilatı çıxış edib. Təşkilatın məlumatına görə, Suriyanın paytaxtı Dəməşqdə yerləşən Yarmuk qaçqınlar düşərgəsində indiyədək azı 128 min qaçqın aclıqdan ölüb. Onların əksəriyyətini uşaqlar təşkil edir. Təşkilat iddia edir ki, həmin düşərgədə minlərlə qaçqın "fəlakətli humanitar böhran" şəraitində yaşayır.

"Amnesty International" təşkilatının Yaxın Şərq üzrə direktoru Filip Lüterin sözlərinə görə, Yarmuk sakinləri ötən ilin iyulundan bu ilin yanvarına kimi humanitar yardım almayıb. Buna səbəb isə Suriyada vuruşan tərəflərin beynəlxalq humanitar yardım təşkilatlarının əməkdaşlarına Yarmuk qaçqın düşərgəsinə yaxınlaşmağa imkan verməməsi olub.

"Suriya hökuməti dinc sakinləri aclıqdan qırmaqla, bundan müharibə vasitəsi kimi istifadə edir. Burada bütöv ailələrin sağ qalmaq üçün it və pişik əti yeməsi, insanların qida axtarışında ikən snayper gülləsinə tuş gəlməsi kimi faktlar toplanıb. Yarmuk düşərgəsindəki vəziyyət insanların kütləvi şəkildə cəzalandırılmasıdır. Suriya hökumətini həmin qaçqın düşərgəsinə humanitar təşkilatları buraxmağa çağırırıq" - Filip Lüter belə deyib.

Düşərgədə ötən ilin aprelindən bəri elektrik enerjisi yoxdur, tibbi təchizatların çatışmazlığı səbəbindən əksər xəstəxanalar da bağlanıb.

Qeyd edək ki, 1948-ci ildə yaradılan Yarmuk düşərgəsində 20 minədək suriyalı və fələstinli qaçqın yaşayır./ans/
2200 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP