Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2014

Vladimir Putin Rusiyanın Krımın müstəqilliyini tanıması barədə fərman imzalayıb

Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Krım Respublikasının tanınması haqqında” fərman imzalayıb.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti xəbər verib.

“Krım xalqının ümumkrım 2014-cü il, 16 mart tarixli referendumdakı iradəsini nəzərə alaraq, Krım Respublikası suveren, müstəqil dövlət kimi tanınsın”, - RF prezidenti Putinin fərmanında belə deyilir.

Sənəddə Sevastopol şəhərinin Krım Respublikasında xüsusi statusa malik olması da bildirilir.

Vladimir Putin fərmanın imzalanması ilə əlaqədar olaraq, martın 18-i, saat 15:00-da Dövlət Duması, Federasiya Şurası, RF regionlarının başçıları və vətəndaş cəmiyyəti nümayəndələri qarşısında çıxış edəcək.
2497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP