Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

Simferopolun adı “Putin”ə dəyişdirilir

Krımın paytaxtı olan Simferopol şəhərinin Putinin adı ilə əvəzlənməsi məsələsi gündəmə gəlib.

Təklif bu gün Kerç şəhər administrasiyasının önündə keçirilən aksiyada səsləndirilib. Aksiya iştirakçıları Ukraynanın şərqinin Rusiyaya birləşdirilməsi şüarlarını da səsləndiriblər. Onlar hər iki təklifin məmnunluqla qarşılanmasını istəyiblər.

Məlumata görə, aksiya Krımın hazırkı Baş naziri və “Rus Birliyi” Partiyasının təmsilşiləri tərəfindən təşkil olunub.

Xatırladaq ki, coğrafi yerləşməsinə uyğun olaraq, Kerç şəhərində iri miqyaslı layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu Krım şəhəri Rusiyanın materik hissəsinə ən yaxın şəhərdir. Məlumdur ki, bir neçə müddət öncə Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin iştirakı ilə Kerç boğazı üzərindən Krımla Rusiyanı biləşdirəcək ən böyük körpünün təməlqoyma mərasimi keçirilmişdi. Ruslar bu dəniz bağlantısını strateji və həyatı vacib layihə sayırlar.

Onu da qeyd edək ki, Simferopolun adının Putin şəhəri ilə əvəzlənməsi barədə mitinq iştirakçılarının təklifi Kerç şəhər meriyası tərəfindən qəbul olunub və şəhər rəsmiləri yaxın vaxtlarda məsələyə münasibətlərini açıqlayacaqlarını deyiblər.
2603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP