Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Suriya ordusu digər bir şəhəri də ələ keçirdi

Suriya ordusunun qüvvələri Əsal əl-Vərd şəhərinə daxil olublar

İslamazeri.az-ın “Al-Alam”-ə istinadən verdiyi xəbərə görə, Suriya ordusu terrorçuların təslim olmasının ardınca strateji Qələmun məntəqəsində yerləşən Əsal əl-Vərd şəhərinə daxil olub. Ordu şəhərə daxil olarkən, sakinlər tərəfindən təntənəli şəkildə qarşılanıb.

Məlumata əsasən, ordunun şəhərə daxil olmasından öncə bir sıra silahlı şəxs öz komandirləri ilə birlikdə qaçıblar. Qaçan terrorçular “Nusra” qruplaşmasının üzvləridirlər, onlar əl-Təfil və əl-Zəbədaniyə tərəf qaçıblar.

Qeyd edək ki, dünən Suriya ordusu Sərxa və Maalula şəhərlərini terrorçulardan təmizləmişdi.
2678 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP